38 il sonra günahsız olduğu ortaya çıxan adama rekord təzminat ödənildi

16:13 - 13 İyun 2024

38 il sonra günahsız olduğu ortaya çıxan adama rekord təzminat ödənildi

1983 -cü ildə - 18 yaşında zorlama və qətl kimi ciddi ittihamlarla ABŞ-nin Florida əyalətində həbsxanaya düşən Robert DuBoise 38 ildən sonra günahsız olduğu aydınlaşdıqdan sonra sərbəst buraxılıb.

 

Manset.az xarici mənbələrə istinadən xəbər verir ki,  1983-cü ildə ABŞ-nin Florida ştatının Tampa şəhərində Barbara Qrams adlı 19 yaşlı gənc qadın işdən qayıdarkən zorlanıb və öldürülüb. Bölgədəki şübhəli şəxsləri müayinə edən qruplar, gənc qadının öldürüldüyü yerə bilmədən gələn Robert DuBoise-u bütün şübhələrin mərkəzinə çevirib.

Robert öncə ölüm cəzasına məhkum edilib, amma sonradan bu cəza ömürlük həbslə əvəzlənib.

Robert 38 ildən sonra DNT sübutlarının onun cinayətləri törətmədiyini müəyyən etdikdən sonra bəraət qazanıb.

Nahaq yerə həbs edilən insanlara həbsxanada qaldıqları müddət üçün pul ödəyən Florida ştatında məhkəmə DuBoise-ə 14 milyon dollar ödəməyə qərar verib. 

- "Mən xoşbəxtəm ki, həyatımın daha çox ilini buraya sərf etmək məcburiyyətində deyiləm. Pul, evlər, maşınlar, bunların heç biri itirdiklərimi geri qaytara bilməz", - deyə Robert açıqlamasında qeyd edib. 

38 ildən sonra günahsız olduğu məlum olan insan üçün rekord təzminat - 1

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin