Kənan Doğulu həyat yoldaşı haqqında: “Qarşılaşdığımız an dünya durdu”

16:09 - 13 İyun 2024

Kənan Doğulu həyat yoldaşı haqqında: “Qarşılaşdığımız an dünya durdu”

Türkiyəli müğənni Kənan Doğulu Candaş Tolqa Işıkın aparıcılıq etdiyi "Az Önce Konuştum" verilişinin qonağı olub və Beren Saatla münasibətinin başlanğıcından danışıb.

 

Manset.az-ın xarici mediaya istinadən məumatına görə, Doğulu Saatla ilk dəfə məclisdə tanış olduqlarını, lakin o zaman hər ikisinin çox məşhur olduğu üçün aralarında heç bir əlaqə yaratmadıqlarını deyib.

Daha sonra ortaq dostları sayəsində görüşməyə razılaşdıqlarını və bu ikinci görüşün taleyini dəyişdiyini bildirib.

Doğulu Beren Saatla tanış olduqları anı belə təsvir edib:

"Əslində bir məclisdə tanış olmuşduq. Yılmaz Ərdoğan və Belçim (Bilgin) kimi dostlarımız bizi bir araya gətirməyə çalışırdılar. Tanış olduğumuz an dünya mənim üçün dayandı. Sevgi sistemim çökdü, mən bağlandım. O görüşün üstündən 12 il keçdi, 2 il birlikdə olduq, 10 ildir də evliyik. Doğulu həmin anı belə təsvir edib: "Tanışdığımız an dünya mənim üçün dayandı. Sevgi sistemim çökdü, qapandım. Çox yaxşıyıq. Əhval-ruhiyyəmiz yaxşıdır. Artıq bəzi şeylərin öhdəsindən gəldik. Bir-birimizə anlayırıq. Sahib çıxırıq. O, mənim ən yaxşı dostum oldu.Münasibətimiz həmişə sevgi səviyyəsindədir, onu belə saxlamaq çox vacibdir”.

Qeyd edək ki, Doğulu və Saat 2 illik sevgililikdən sonra 2014-cü ildə Los-Ancelesdə evləniblər.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin