Hər gün 1 milyon avro cərimə ödəyəcək

15:51 - 13 İyun 2024

Hər gün 1 milyon avro cərimə ödəyəcək

Avropa Ədalət Məhkəməsi Macarıstanı Avropa Birliyinin sığınacaq qanunlarına əməl etmədiyi və qeyri-qanuni immiqrantları deportasiya etdiyi əsas gətirərək 200 milyon avro və gündəlik 1 milyon avro cərimələyib. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə cərimənin Budapeştin 2020-ci ildə sığınacaq axtaranlar üçün beynəlxalq prosedurlara riayət etməli olduğuna dair qərarına baxmayaraq, Avropa İttifaqının qanunlarına əməl etməkdən "qəsdən yayındığı" üçün tətbiq edildiyini söyləyib.

Ədalət Məhkəməsi daha əvvəl Macarıstanın baş naziri Viktor Orban hökumətini cəzalandırıb.

Baş nazir Orban bu qərarı "qeyri-adi" adlandırıb.

 

Fidan Əliyeva

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin