Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
15:14 - 13 İyun 2024
İntibah dövrünün ustad rəssamlarından biri olan Titianın 1809-cu ildə, sonra isə 1995-ci ildə oğurlanan və Londonda avtobus dayanacağında plastik torbada tapılan rəsm əsəri hərraca çıxarılıb.
Manset.az xarici mənbələrə istinadən bildirir ki, Venesiyalı rəssam Titianın cəmi 20 yaşında ikən 1508-ci ildə çəkdiyi "Misirə uçuşda istirahət" tablosu hərraca çıxarılır.
İki metr enində taxta lövhədə təsvir edilən tabloda Hz. Yusif, Hz. Məryəm və Hz.İsanın Misirə qaçarkən dincəlmək üçün dayandığını təsvir edir.
Londonda Christie's hərrac evində iyulun 2-də satışa çıxarılan rəsmin 15 milyon avro ilə 25 milyon avro arasında qiymətə satılacağı təxmin edilir.
Qeyd edək ki, bu rəsm ilk dəfə 17-ci əsrin əvvəllərində bir Venesiya ədviyyat tacirinin kolleksiyasında sənədləşdirilib və digər əsrlər boyu Avropanın müxtəlif aristokratlarına, imperatorlarına məxsus olub.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin