25 milyon avro dəyərində tablo

15:14 - 13 İyun 2024

25 milyon avro dəyərində tablo

İntibah dövrünün ustad rəssamlarından biri olan Titianın 1809-cu ildə, sonra isə 1995-ci ildə oğurlanan və Londonda avtobus dayanacağında plastik torbada tapılan rəsm əsəri hərraca çıxarılıb.

 

Manset.az xarici mənbələrə istinadən bildirir ki, Venesiyalı rəssam Titianın cəmi 20 yaşında ikən 1508-ci ildə çəkdiyi "Misirə uçuşda istirahət" tablosu hərraca çıxarılır.

İki metr enində taxta lövhədə təsvir edilən tabloda Hz. Yusif, Hz. Məryəm və Hz.İsanın Misirə qaçarkən dincəlmək üçün dayandığını təsvir edir.

Rest on the Flight into Egypt (Titian) - Wikipedia

Londonda  Christie's hərrac evində iyulun 2-də satışa çıxarılan rəsmin 15 milyon avro ilə 25 milyon avro arasında qiymətə satılacağı təxmin edilir.

Qeyd edək ki, bu rəsm ilk dəfə 17-ci əsrin əvvəllərində bir Venesiya ədviyyat tacirinin kolleksiyasında sənədləşdirilib və digər əsrlər boyu Avropanın müxtəlif aristokratlarına, imperatorlarına məxsus olub.

 

Fidan Əliyeva

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin