Bakıda aptekdən dəhşətli görüntülər - Qadın vəhşicəsinə döyüldü
25 Noyabr 2024
14:28 - 13 İyun 2024
ABŞ-ın Corc Vaşinqton Universitetinin dosenti və CNN yayımçısının sağlamlıq analitiki olan Dr. Leana Ven istilik vurmasının ən çox görülən əlamətlərini sadalayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, isti vurma keçirən kimsə çaşqınlıq, başgicəllənmə və huşunu itirmə hiss edər.
Bildirilib ki, həmin insanların nitqi zəiflənə bilər, huşunu itirər və ürək döyüntüləri anormal olar.
İstilik vuruşundan əvvəl insanda istilik tükənməsi ola bilər. Ürəkbulanma, yorğunluq, başgicəllənmə, bağ ağrıları, həddindən artıq tərləmə və ya soyuqluq, nəm dəri bunun əlamətləri arasındadır.
Dərhal sərin bir yerə keçməlisiniz, paltarlarınızı çıxarın və sərin vanna qəbul edin. Bu mümkün deyilsə, bədənə nəm salfetlər qoyulmalıdır. Semptomlar bir saat ərzində yox olmazsa, həkimə müraciət etmək lazımdır.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin