Deputat qohumunu işdən çıxarıb öz xanımını TƏYİN ETDİ
25 Noyabr 2024
14:06 - 13 İyun 2024
Moskva Birjası ABŞ-ın məhdudlaşdırıcı tədbirləri tətbiq etməsi səbəbindən 13 iyun 2024-cü il tarixindən etibarən dollar və avronun ticarətini həyata keçirməyəcək.
Manset.az xarici mənbələrə istinadən bildirir ki, xüsusilə, Moskva Birjası qiymətli metalların ticarətini ABŞ dolları və avronun daxil olduğu valyuta cütləri istisna olmaqla, bütün mövcud alətlər vasitəsilə həyata keçirəcək.
Bu dəyişikliklər fond bazarını, valyuta bazarını və standartlaşdırılmış törəmə alətlər bazarını əhatə edəcək; fyuçers bazarı həmişəki kimi fəaliyyət göstərəcək.
Moskva Birjası həmçinin yeni şərtlər daxilində müştərilərinə bütün birja seqmentlərinə çıxışı təmin etməyə davam edəcəyini açıqlayıb.
"Moskva Birja Qrupu artan volatillik şəraitində ticarətin davam etdirilməsini təmin etmək üçün bütün zəruri alətlərə , o cümlədən diskret hərraclar və risk parametrlərinin operativ dəyişdirilməsi mexanizminə malikdir", - deyə birjadan bildirilib.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin