Emal olunmuş qidalar hər il 2,7 milyon insanın həyatına son qoyur

13:53 - 13 İyun 2024

Emal olunmuş qidalar hər il 2,7 milyon insanın həyatına son qoyur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ultra emal olunmuş qidalar, spirt və tütün məmulatlarının hər il Avropada 2,7 milyon insanın ölümünə səbəb olduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu da hər gün 7400-dən çox insanın bu səbəblərdən dünyasını dəyişdiyi mənasına gəlir.

Səlahiyyətlilər "Bu kommersiya məhsulları ürək-damar xəstəliklərindən (51,4 faiz) və xərçəngdən (46,4 faiz) əhəmiyyətli ölümlər də daxil olmaqla, bütün ölümlərin 24 faizində iştirak edir" deyib.

Mütəxəssislər, bu məhsulları istehsal edən sənaye sahələrinin xərçəng, ürək xəstəlikləri və diabet hallarının azaldılması istiqamətində hökumətin siyasətinə və səylərinə müdaxilə etdiyini bildiriblər.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin