Parisdə iranlı müxalifətçilərin mənzil-qərargahına hücum

12:49 - 13 İyun 2024

Parisdə iranlı müxalifətçilərin mənzil-qərargahına hücum

Fransa polisi Parisdə İran hakimiyyətinə müxalif Xalq Mücahidləri Təşkilatının mənzil-qərargahına hücum edib.

 

Manset.az xəbər verir ki, bu barədə İran yerli mətbuatı məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı təşkilatın lideri, 70 yaşlı Məsud Rəcəvinin səhhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Qeyd edək ki, Xalq Mücahidləri Təşkilatı ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınır və 2001-ci ildən bu təşkilatın Britaniyada fəaliyyəti qadağan olunub.

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin