Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
12:32 - 13 İyun 2024
Meksikanın şimalında 18 il əvvəl kömür mədənində qalan 63 şaxtaçıdan bəzilərinin qalıqları tapılıb.
Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, Meksika daxili işlər nazirliyi 2006-cı ildə Koahuila ştatında dağıntı qurbanlarının tapılması üçün illərdir davam edən axtarış tədbirlərinin nəticə verdiyini açıqlayıb.
Mədənin çökməsi ölkə tarixində ən faciəli hadisələrdən biri kimi göstərilsə də, səlahiyyətlilər bəzi mədənçilərin qalıqlarının 18 ildən sonra tapıldığını bildirib.
Təhlükəli və baha başa gələcəyi əsas gətirilərək illərdir axtarış tədbirləri həyata keçirilməsə də, həlak olanların ailələri yaxınlarının tapılması üçün səlahiyyətli orqanlara müraciətlərini davam etdirirdilər.
Hazırkı prezident Andres Lopez Obrador ölənlərin cəsədlərinin 2020-ci ildə tanınıb tapılacağını vəd etmişdi.
Xatırladaq ki, 2006-cı ildə Coahuila'daki Pasta de Conchos mədənində çökmə baş verməsi nəticəsində 73 nəfərdən 63-ü qapalı qaldıqları mədəndə həyatını itirmişdi.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin