Bakı qəsəbəsində şambo kabusu: "Hər həyətdən ilan çıxır"

10:48 - 13 İyun 2024

Bakı qəsəbəsində şambo kabusu:

Sabunçu rayonu İkinci Zabrat qəsəbəsi Dilarə Əliyeva küçəsində kanalizasiya sisteminin yoxluğu sakinlərə əlavə problemlər yaradıb.
 

Manset.az xəbər verir ki, əsasən, şambodan istifadə olunan qəsəbədə ətrafa yayılan üfunət iyinin əziyyəti bir yana, ərazidə ilanların, həşəratların sayı da artıb.

Sakinlərin sözlərinə görə, qrunt sularının dolması səbəbindən şamboları iki gündən bir boşaltmalı olurlar.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, Baş Plana əsasən, bu ərazilərdə də kanalizasiya sisteminin qurulması nəzərdə tutulur.

Daha ətraflı "Real" TV-nin materialında:

 


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin