İtaliya parlamentində yumruqlar havada - VİDEO

10:24 - 13 İyun 2024

İtaliya parlamentində yumruqlar havada - VİDEO

İtaliya parlamentində  regional hökumətlərə daha çox muxtariyyət nəzərdə tutan qanun layihəsinin müzakirələri zamanı İtaliya bayrağını qaldıraraq qanun layihəsinə reaksiya verən "Beş Ulduz Hərəkatı"nın deputatı Leonardo Donno hücuma məruz qalıb.

 

Manset.az xarici mətubata istinadən xəbər verir ki, "Beş Ulduz Hərəkatı"nın  deputatı Leonardo Donno İtaliya bayrağını açaraq qanun layihəsinə reaksiya verib. Hakim partiyalardan olan deputatlar bu hərəkətə sərt reaksiya verib, Donnoya yumruqla hücum ediblər.
Hücumdan sonra aldığı zərbələrlə yerə yıxılan Donno əlil arabası ilə parlamentdən çıxarılıb.

Davadan sonra sessiya dərhal dayandırılsa da, davanı dağıtmaq üçün araya girən mühafizəçinin yaralandığı bildirilir.

Həmin anları təqdim edirik..

 

Fidan Əliyeva

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin