Avropa çempionatına ən çox oyunçu göndərən klublar

18:42 - 12 İyun 2024

Avropa çempionatına ən çox oyunçu göndərən klublar

Avropa çempionatına ən çox futbolçu göndərən klubların adı açıqlanıb.

Manset.az Lent.az-a istinadən xəbər verir ki, 1-2-ci yerləri “Mançester Siti” və “İnter” tutub.

“Mançester Siti”dən çağırılanlar: Fil Foden, Con Stounz, Kayl Uoker (hamısı İngiltərə), Ruben Dias, Bernardo Silva, Mateus Nunes (hamısı Portuqaliya), Kevin De Bruyne, Jeremi Doku (hər ikisi Belçika), Yoşko Qvardiol, Mateo Kovaçiç (hər iki Xorvatiya), Rodri (İspaniya), Manuel Akanci (İsveçrə), Natan Ake (Hollandiya)

Milanın “İnter” klubundan çağırılanlar: Nikolo Barella, Alessandro Bastoni, Federiko Dimarko, Davide Frattezi, Matteo Darmian (hamısı İtaliyadan), Benjamen Pavar, Markus Tyuram (hər ikisi Fransa), Hakan Çalhanoğlu (Türkiyə), Denzel Dumfris, Stefan de Vrey (hər ikisi Hollandiya), Kristyan Aslani (Albaniya), Yan Zommer (İsveçrə), Marko Arnautoviç (Avstriya).

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

 


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin