Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
18:31 - 12 İyun 2024
Əfsanəvi fransız müğənnisi və aktrisası, pop mədəniyyət ikonu Fransuaza Hardi 80 yaşında dünyasını dəyişib.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, o son 20 ildə qan xərçəngi xəstəliyi ilə mübarizə aparıb.
Kədərli xəbəri ifaçının oğlu, müğənni Tomas Dutronc yayıb.
2015-ci ildə vəziyyəti pisləşdikdən sonra Ardi müvəqqəti olaraq komaya salınmışdı. O vaxtdan bəri nəfəs almaqda, yemək yeməkdə problem yaşayırdı və çətinliklə danışırdı.
2021-ci ildə Fransuaza Fransada evtanaziyanın tətbiqini - həyatın qəsdən tez və ağrısız şəkildə dayandırılmasını müdafiə edib. O çıxışalrından birində “evtanaziya qadağası mənim ölkəmin qanunlarını qeyri-insani edir”, - demişdi.
2023-cü ildə müğənni bir daha oxuya bilməyəcəyini açıqlamışdı.
"Mən daim tənəffüs problemi ilə üzləşirəm və boğuluram, hətta sonsuz burun qanamaları da var, ölməkdən qorxmuram, amma əzab çəkməkdən çox qorxuram.
2023-cü ildə Amerikanın “Rolling Stone” jurnalı onu bütün zamanların 200 ən böyük müğənnisindən biri elan edib.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin