Avropada Asiya Pələngi ağcaqanadı panikası

18:17 - 12 İyun 2024

Avropada Asiya Pələngi ağcaqanadı panikası

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) qızdırmalı xəstəliklərə səbəb olan Asiya Pələngi Ağcaqanadı (Aedes albopictus) kimi tanınan ağcaqanad növünün Avropanın şimal, şərq və qərb bölgələrində yayılmağa başladığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu ağcaqanad Dengue, chikungunya və Zika viruslarını ötürür.

ECDC bildirib ki, iqlim dəyişikliyi bu cür ağcaqanadların çoxalmasına səbəb olan amildir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin