Putin latın amerikalı aktrisaya vətəndaşlıq verdi

20:02 - 25 Oktyabr 2021

Putin latın amerikalı aktrisaya vətəndaşlıq verdi

Rusiya Prezidenti Vladimir Putin uruqvaylı aktrisa və müğənni Nataliya Oreyroya vətəndaşlıq verilməsi ilə bağlı sərəncam imzalayıb.

Manşet.az xəbər verir ki, rəsmi saytda dərc olunmuş sərəncamda deyilir: 

“1977-ci ilin 19 mayında Uruqvayda anadan olmuş Oreyro İqlesias Nataliya Marislə 2012-ci ilin 16 yanvarında Argentinada anadan olmuş oğlu Merlin Ataualpa Rusiya vətəndaşlığına qəbul edilsin”. 

Qeyd edək ki, daha əvvəl latın amerikalı aktrisa bildirib ki, Rusiyada yaşamağı planlaşdırmasa da, rus pərəstişkarlarının sevgisinə təşəkkür əlaməti olaraq bu ölkənin vətəndaşlığını almaq istəyir. 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin