İlon Mask təcavüzlə ittiham olunur

17:25 - 12 İyun 2024

İlon Mask təcavüzlə ittiham olunur

Amerikalı iş adamı İlon Mask SpaceX-də tabeliyində olan işçilərə qarşı təcavüz etməklə ittiham olunur.

 

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Manset.az  xarici mediaya istinadla bildirir ki, Maskı ittiham edən qadınlardan birinin sözlərinə görə, o, dəfələrlə ondan uşaqlarını dünyaya gətirməsini istəyib. İmtinadan sonra işçi maaş artımını almayıb və iş adamının işi ilə bağlı naşılıqları ilə üzləşib.

Qeyd olunur ki, jurnalın mənbəyi 48-dən çox insanla yazışmalar, elektron materiallar və müsahibələr olub. Bunlara zərərçəkən qadınların dostları və qohumları, həmçinin SpaceX-in keçmiş əməkdaşları daxildir.

SpaceX direktoru Quinne Şotvell vəziyyəti şərh etsə də, Mask özü jurnalistlərin sorğularına cavab verməyib. O, təqib xəbərlərinin SpaceX mədəniyyətini əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, şirkət bu kimi şikayətlərə baxır və tədbir görür.

 

Fidan Əliyeva

 

 

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin