4 yaşlı zəvvar həcc ziyarəti zamanı istidən öldü

17:05 - 12 İyun 2024

4 yaşlı  zəvvar həcc ziyarəti zamanı istidən öldü

Məkkəyə ailəsi ilə birlikdə həcc ziyarətinə gedən Yəhya Məhəmməd Ramazan adlı 4 yaşlı misirli uşaq yüksək hərarət səbəbilə dünyasını dəyişib.

 

Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, uşaq kəskin istilər səbəbindən ölüb.

Məscidül-Həramda vəfat edən Yəhya Məhəmməd Kəbədə həyatını itirən ən gənc ziyarətçi olub.

Uşaq son bir neçə gün ərzində ən gənc misirli qonaq kimi Kəbənin yanında xüsusi libasda çəkilmiş fotoları ilə gündəm olmuşdu. Lakin bir müddət sonra ölüm xəbəri yayılıb.

 

Fidan Əliyeva

 

 

 

 

 

 

 

 

 


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin