Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi - FOTOLAR

14:11 - 12 İyun 2024

Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.


Manset.az xəbər verir ki, iyunun 11-də Daşkənddəki Özbəkistan Forumlar Sarayında Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti gerçəkləşib.

Gecədə hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, Ozodbek Nazarbekov, digər rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, Azərbaycan musiqisinin, muğamının pərəstişkarı olan yüzlərlə tamaşaçı iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə möhtəşəm Forumlar Sarayının foyesində təqdim olunan milli şirniyyatlarımıza qonaq ediliblər. Qonaqlar şəkərbura, badambura, paxlava və digər şirniyyat növlərinin dadına baxıblar.
Qala konsertdən öncə Özbəkistan Respublikası Prezidentinin Mətbuat xidmətinin rəhbəri Şirzod Asadov səhnəyə çıxaraq ölkə başçısı Şavkat Mirziyoyevin təbrik məktubunu oxuyub. 
Məktubda Özbəkistan və Azərbaycanın dostluq və qardaşlığından bəhs olunub, iki ölkənin mədəniyyət və incəsənətinin xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində xüsusi yer tutduğu qeyd edilib. 
Sonra təntənəli konsert proqramı başlanıb.

İlk olaraq Həzrət Əzizlinin ifasında "Bayatı-Şiraz" muğamı, "Natiq" ritm qrupu və "Mirvari" rəqs ansamblının kompozisiyası böyük coşqu ilə qarşılanıb.
Əməkdar artist, tarzən Sahib Paşazadə "Çahargah" rapsodiyası"nı və "Andijon polkası" özbək xalq rəqsini, müğənni Almaxanım Əhmədli "Küsmə, gəl" mahnısını ifa ediblər.
Sonra Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" muğam qrupu "Musiqi çələngi", Əməkdar artist Nigar Şabanova "Sən gəlməz oldun", Afaq Abbasova "Bakı", Azərbaycan Dövlət Rəqs Ansamblı "Uzundərə", "Qaytağı" və  "Zəngəzur yallısı"nı rəqsləri təqdim ediblər. Özbək müğənni, iki ölkənin Xalq artisti Nəsibə Abdullayeva "Qarabağ", Xalq artisti Gülyanaq Məmmədova "Uluğumsan Vətənim", Aşıq Samirə və Aşıq Əli "Aşıq havaları", Xalq artisti Zülfiyyə Xanbabayeva "Şuşanın dağları", Xalq artisti Azər Zeynalov "Şükriyyə", Afaq Abbasova və Azər Zeynalov "Arşın mal alan" operettasından duet, Azad Şabanov "Qayınana" filmindən "Popurri" və başqa musiqi nömrələri ifa olunub. 

Konsertin sonunda bütün iştirakçılar Rauf Hacıyevin "Azərbaycan" mahnısını birlikdə səsləndiriblər. Salonun ayaq üstə alqışladığı mahnıdan sonra nazirlər Adil Kərimli və Ozodbek Nazarbekov səhnəyə çıxaraq sənətçilərlə görüşüb, uğurlu ifa münasibətilə onları təbrik ediblər.

Sonda xatirə şəkilləri çəkdirilib.



Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin