Küveytdə dəhşətli yanğın - 39 nəfər yanaraq öldü

13:59 - 12 İyun 2024

Küveytdə dəhşətli yanğın - 39 nəfər yanaraq öldü

Küveytin Manqaf bölgəsində bir binada baş verən yanğında 39 nəfər həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibb briqadası göndərilib.

Yanğının səbəbi hələ müəyyən edilməsə də, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Səhiyyə Nazirliyi bəzilərinin ağır olmaqla 43-dən çox insanın xəsarət aldığını bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin