Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
12:49 - 12 İyun 2024
ABŞ ordusunda intihar edənlərin sayı “düşmən atəşi”ndən ölənlərin sayından çox olduğu məlum olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın ən çox tirajlı qəzetlərindən olan “USA Today”, orduda xidmət edən əsgərlərin ölüm səbəbləri arasında intiharların “düşmən atəşi”ndən öndə gəldiyini yazıb.
USA Today, Müdafiə Sağlamlığı Agentliyinin 2014-2019-cu illəri əhatə edən “ABŞ ordusunda ölümlər”lə bağlı araşdırmasını əldə edib.
Xəbərə görə, araşdırmada sözügedən dövrdə ABŞ ordusunda 883 nəfərin intihar nəticəsində öldüyü, eyni dövrdə “düşmən atəşi” nəticəsində ölənlərin sayının isə 96 olduğu bildirilib.
Araşdırmada ABŞ əsgərlərinin Əfqanıstan və Yaxın Şərqdən çəkilməsi ilə döyüş meydanında ölənlərin sayının azaldığı, qəzaların intiharlardan sonra ikinci yerdə olduğu və 814 ölümlə nəticələndiyi qeyd edilib.
Araşdırmada 2019-cu ildən bəri intihar nisbətlərinin artdığı və spirtli içki istifadəsi kimi zərərli davranışların buna səbəb olduğu diqqətə çatdırılıb və 2024-cü ildə 55 əsgərin intihar edərək öldüyü paylaşılıb.
Hərbi məmurlar orduda intiharların qarşısını almaq üçün həll yolları axtararkən, 2023-cü ilin sentyabrında intiharları araşdıran müstəqil komissiyanın tövsiyələrindən sonra Pentaqon əsgərlərin psixi sağlamlıq xidmətlərinə çıxışını yaxşılaşdırmaq və intihar ölümlərinin yüzdə 70ini əhatə edən odlu silahların təhlükəsiz saxlanması üçün stimulları nəzərdən keçirməyə razılaşır.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin