Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
12:38 - 12 İyun 2024
ABŞ-da 17 yaşlı elektron siqaret aludəçisi gənc qız ağciyərinin bir hissəsini itirib və infarktın astanasından geri qaytarılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, huşunu itərən qızın ağciyərinin bir hissəsini çıxarmaq üçün 5 saat yarım davam edən əməliyyat olunub.
Onun ağciyərlərinin yuxarı hissəsində ağciyər qanaması kimi tanınan kiçik bir hava kabarcığı var olub və güman edilir ki, həddindən artıq vapinq onun partlamasına, ağciyərinin çökməsinə səbəb olub.
15 yaşında elektron siqaretdən istifadə etməyə başlayan tələbə bu vərdişinin “zərərsiz” olduğuna inanaraq həftədə 4 min dəfə elektron siqaret çəkib, bu isə 400 siqaretin nikotin ekvivalentidir.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin