Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
11:17 - 12 İyun 2024
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden qanunsuz silah əldə etmə ilə bağlı ona qarşı açılan federal işdə hər üç ittiham üzrə təqsirli bilinib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hunter Baydenin məhkəməsinin Delaver ştatının Vilminqton şəhərindəki məhkəmədə münsiflər heyətinin seçilməsi ilə başlayacağına qərar verilib.
Məhkəmə hakimi Maryellen Noreika təqsirli bilinən Hunter Baydenə 25 ilə qədər həbs cəzası vermək səlahiyyətinə malik olsa da, cinayətin ilk dəfə törədilməsi kimi amillər cəzanın azaldılmasına imkan yaradır.
Hakimin Hunter Baydenə həbs cəzası verib-verməyəcəyi hələ də bəlli deyil.
Məhkəmə prosesində məhkəmə sisteminə müdaxilə kimi qəbul edilməmək üçün oğlunun işi ilə bağlı danışmağa üstünlük verməyən Co Baydenin qərarla bağlı nə deyəcəyi maraq doğurur.
Hunter Baydenin Kaliforniya əyalətində 1,4 milyon dollar vergi ödəməmək ittihamı ilə sentyabr ayında mühakimə olunacağı gözlənilir.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin