Azərbaycan Texnologiya Universitetinin tələbəsi Ergün Əliyevin ölümü ilə bağlı yeni detallar məlum olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, o, yaşadığı evdəki çilçıraqdan özünü asaraq intihar edib.
Bildirilib ki, 24 yaşlı tələbə universitetin "Turizm işinin təşkili" ixtisasının 3-cü kursunda təhsil alırmış.
Onun hansı səbəbdən həyatına qəsd etdiyi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.