İngiltərədə xəstəxanaya kiberhücum - Təcili olaraq qanvermə çağırışı edildi

18:30 - 11 İyun 2024

İngiltərədə xəstəxanaya kiberhücum - Təcili olaraq qanvermə çağırışı edildi

İyunun 4-də İngiltərədə xəstəxanalara edilən kiberhücum ölkəni çətin vəziyyətdə qoyub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir çox xəstəxanada xidmətlər dayandırılıb.

Səlahiyyətlilər bütün qan qrupları, xüsusən də 0 qrupu üçün təcili donorluq çağırışı edib.

Hücumun qan donorluğunda uyğunlaşma proseduruna təsir etdiyi və xəstə qeydlərini ehtiva edən əsas serverlərə qoşulmağın mümkün olmadığı ifadə edilib.

Hücumlar səbəbilə, NHS dünən yeni bir açıqlama verib və xüsusilə 0 qrupu üçün qan qrant çağırıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin