Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
16:20 - 11 İyun 2024
Avropa Komissiyası Ukraynaya ümumi dəyəri 50 milyard avro olan dəstək paketindən 1,5 milyard avroluq makromaliyyə yardımının ikinci tranşının ayrıldığını elan edib.
Manset.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Lyayen öz "X" hesabında paylaşım edib.
"Ukrayna bizim hamımız üçün ağır olan bir yükü çiynində daşıyır. Bu gün biz Ukraynaya 50 milyard avro dəyərində kredit sazişi çərçivəsində əlavə 1,5 milyard avro ayırırıq. Bu, Ukraynanın müharibə gedən müddətdə dövlətin və onun xidmətlərinin fəaliyyət qabiliyyətinin saxlanması üçün həyati əhəmiyyət kəsb edir.
Avropa vahid və qərarlı olaraq qalır", - deyə U.Lyayen qeyd edib.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin