İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
16:06 - 11 İyun 2024
Yapon alimlərinin fikrincə, insanın 80 yaşa qədər yaşamaq ehtimalını asanlıqla yoxlamağın yalnız bir yolu var.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yapon alimləri, 70-80 yaşlı insanın ilk gəncliyində olduğu kimi sürətlə yeriməsinə əsasən, onun 80 və 90 yaşa qədər yaşamaq şansının çox yüksək olduğu qənaətinə gəliblər.
Tədqiqatın başlanmasından 10 il sonra yapon alimləri eyni insanların yerimə sürətini yenidən ölçüblər və onların yerimə sürətinin orta hesabla 7,5 faiz artdığını aşkar ediblər.
Bundan əlavə, alimlər qeyd ediblər ki, 60-70 yaşlı adam saniyədə təxminən 2 metr sürətlə yeriyərsə, uzunömürlülük şansı demək olar ki, yüz faizdir.
Sürət aşağı olarsa (təxminən saniyədə 0,5 metr), bunun ehtimalı əhəmiyyətli dərəcədə azalır.
Alimlər qadınların daha uzun ömür sürdüyünə diqqət çəkiblər.
Həmçinin, alimlər gündə ən azı bir saat yarım təmiz havada gəzməyi və sürətli yerimə tempini saxlamağı tövsiyə ediblər, çünki bu, ürək və qan damarlarını məşq etdirir.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin