İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
16:04 - 11 İyun 2024
Avstraliyanın Brisben şəhərində yaşayan Rebecca Sharrock 34 il ərzində yaşadığı hər şeyi dünənmiş kimi xatırlayır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yaddaşının çox güclü olması və ana bətnində keçirdiyi dövr də daxil olmaqla keçmişinə aid hər şeyin 95 faizini xatırlaması ilk vaxtlar onun üçün problem idi. Onda qəribə olanın nə olduğunu bilmirdi, ona görə də onlarla həkimə müraciət etmişdi.
İllər keçdikcə onun daim canlı xatirələrinə başqa problemlər də əlavə olundu. Yuxusuzluq onun üçün həyat tərzinə çevrilmişdi. Onu təqib edən xatirələr narahatlığını artırır və ağlını təmizləyə bilmirdi. Daha sonra müalicə almağa qərar verdi. Vəziyyətini terapiya ilə dəstəkləyən Rebecca gecələr yatmağın yolunu klassik musiqi dinləməklə tapıb.
16 yaşında OKB (obsessiv - komplusiv pozuntu, sarışan hallar sindroumu) diaqnozu qoyulan Rebecca 21 yaşına çatanda öz vəziyyətinə əmin olub.
Bu dəfə həkimlər dünyada cəmi 61 nəfərdə müşahidə olunan H-SAM (Hipertimiya) diaqnozunu qoyublar. Rebekka indi dünyada hipertimiya sindromu olan 62-ci insandır.
Sonra Rebecca Sharrock bu vəziyyəti öz xeyrinə çevirmək üçün bir yol tapıb. Ana dili ingiliscə olan Rebecca, bir neçə həftə ərzində ispan və fransız dillərini öyrənib.
Dil öyrənmək onun üçün çox asan idi. Çünki o, gördüklərini, eşitdiklərini heç vaxt unutmur.
İndi o, həftələr ərzində öyrəndiyi ispan və fransız dillərinə italyan dilini də əlavə etmək istəyir və bunun üçün təhsilini davam etdirir. Rebecca Sharrock üçün, xüsusən də diaqnoz qoyulmazdan əvvəl hər şeyi başa düşmək çətin idi, lakin indi o, bu nevroloji sindromun öhdəsindən necə gələcəyini bilir və həyatını asanlaşdırmaq üçün çalışır.
Yaxşı, doğrudan insan ana bətnindən bu günə qədər yaşadığı hər şeyi xatırlaya bilər?
-"Hipertimemiyada xatirələr təfərrüatı ilə, ən xırda təfərrüatına qədər xatırlanır. İnsan yaşadığı bir hadisəni film şeridi kimi xatırlayır, o zamankı bütün təfərrüatları ilə. Gündəlik fəaliyyətləri, söhbətləri, geyindiyi paltar, hava və bir çox detallar təfərrüatlıdır." Xatirələr aydın xatırlandığından, mənfi həyat hadisələri də bir müddət sonra insanın psixi sağlamlığına mənfi təsir göstərir ",- deyə mütəxəssislər qeyd edib.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin