AP seçkilərində məğlub olan İspaniya hökumətinin ortağı istefa verdi

15:59 - 11 İyun 2024

AP seçkilərində məğlub olan İspaniya hökumətinin ortağı istefa verdi

Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların yüksəlişindən sonra başlayan böhran böyüyüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniyada məğlub olan koalisiya hökumətinin kiçik tərəfdaşı olan Sumar ittifaqının lideri Yolanda Diaz da partiyasındakı vəzifəsindən istefa verib.

İspaniyada keçirilən AP seçkilərini koalisiya hökumətinin əsas tərəfdaşı Sosialist İşçi Partiyasını (PSOE) 4 xal ilə ana müxalifətdəki sağ mərkəzçi Xalq Partiyası (PP) qalib gələrkən, seçkilərdə səs nisbəti azalan və gözləntiləri qarşılaya bilməyən Sumar istefa verib.

Hakim koalisiyanın ortağı Sumara rəhbərlik edən Yolanda Diaz AP seçkilərində onların məğlubiyyətinə görə məsuliyyət daşıdığını izah edib.

Sumar AP seçkilərində 808 min 142 səs (4,56 faiz) toplayıb və cəmi 3 millət vəkili seçib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin