Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
15:33 - 11 İyun 2024
ABŞ-da yaşayan Rachel Prochnow-un həyatı 11 ay əvvəl tamamilə dəyişib.
Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, 11 yaşından bəri kontakt linzalardan istifadə edən və heç bir problem yaşamayan Rachel üçün hər şey 34 həftəlik hamilə ikən başlayıb. O, idman zalından çıxarkən gözündə qaşınma hiss edib.
Ertəsi gün isə anasının ad günündə ağrı və işığa qarşı həssaslıq hiss etməyə başlayıb.
Bu səbəblə gənc qadın ümumilikdə 82 həkimə müraciət edib və onlarla həkim ziyarətindən 2 həftə sonra acı gerçəklə üzləşib: "Acanthamoeba Kerititas".
Acantamoeba təbiətdə sərbəst yaşayan amöb növü kimi tanınır. Xüsusilə torpaqda və durğun suda müşahidə olunur. Bununla belə , bu mikroorqanizmlərə hovuzlarda, cakuzilərdə və hətta kran sularında rast gəlmək olar. Bu mikroorqanizmlərin gözün ön səthindəki “kornea” adlanan saat şüşəsinə bənzəyən şəffaf təbəqəni yoluxdurması vəziyyətinə “acantomoeba keratit” deyilir .
Rachel linzalardan istifadə etdiyi illər ərzində heç kimin ona kontakt linza ilə duşa, hovuza və ya dənizə girməməli olduğunu söyləmədiyini təəssüf hiss ilə ifadə edib.
Həkimlərin sözlərinə görə, xüsusilə kontakt linzalardan istifadə edən insanlar qaydalara əməl etmirsə və gözlərində ağrı və ya qızartı əmələ gəlirsə, ən qısa zamanda mütləq bir oftalmoloqa müraciət etməlidirlər.
Gecələr linzalarla yatmaq, hovuzda, dənizdə və ya duşda kontakt linzalar taxmaq qəti qadağandır.
Həmçinin linzaları tarixsiz məhlullarda saxlamamalı və onları taxarkən əllərimizi yumalıyıq.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin