Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı VERİLDİ
23 Aprel 2024
17:53 - 25 Oktyabr 2021
"Şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə - şüşələrinə, kuzaya bayraq vurula bilməz. Bayraq müqəddəsdir, bayraq ucalıqdır. Onu qorumaq, onu uca tutmaq hər birimizin müqəddəs vəzifəsidir, borcudur".
Bunu Manset.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, nəqliyyat vasitələrində vurulan bayraq pərdə, günlük kimi istifadə olunmamalıdır: "O, bayraqlar yağışın, küləyin təsirinə məruz qalır. Bunu nəzərə alaraq, yol polisi tərəfindən bu istiqamətdə profilaktik tədbirlər görülür".
"Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında Qanuna görə Dövlət Bayrağının yerləşdirilməli olduğu yerlər sırasında şəxsi nəqliyyat vasitələrinin şüşə və kuzalarına bayraq vurulması ilə bağlı qeyd yoxdur. Nəqliyyat vasitələrinin sürücüləri və sahibləri bu halları vaxtında aradan qaldırılmalıdır ki, yollarda narahatlıq yaranmasın", - o vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin