İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
12:05 - 11 İyun 2024
Bu mövsüm Super Liqada çempionluq kubokunu qazanan Qalatasarayda flaş inkişaflar yaşanır...
Manset.az Türkiyə mediasına əsasən bildirir ki,Çempionatdan sonra yeni mövsüm üçün işlərini sürətləndirən "sarı-qırmızılılar" heyəti gücləndirmək üçün hərəkətə keçib.
Belə ki, "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nın da istədiyi dünya ulduzunu, sonuncu dəfə “Mançester Yunayted”də çıxış edən Rafael Varanı transfer etmək üçün düyməni basıb .
Real Madrid ilə bir çox uğurlara imza atan fransalı müdafiəçi 40 milyon avroluq transfer haqqı ilə Premyer Liqaya yollanırdı. Bundan əlavə, Varan 2018-ci ildə Fransa Milli Komandası ilə Dünya Kubokunu qazanmağı bacarıb.
"Qalatasaray" rəqibi "Fənərbağça" nın siyahısındakı ulduz adını silmək üçün işlərini sürətləndirib. Dəyəri 80 milyon avroya qədər olan fransız müdafiəçinin hazırkı bazar dəyərinin 20 milyon avro olduğu bilinir.
Rəhbərlik baş məşqçi Okan Burukla masa arxasına əyləşib. Yenidən prezident seçilən Dursun Özbək 2 mövsüm çempion olan məşqçi Okan Burukla müqaviləni 2 il uzadıb.
Gələn mövsüm iddialı heyət qurmağı hədəfləyən rəhbərlik məşqçi Okan Burukun yaratdığı siyahı ilə danışıqları davam etdirir.
Qeyd edək ki, Okan Buruk "Qalatasaray" dan illik 110 milyon 250 min TL qazanacaq .
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin