Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
19:53 - 10 İyun 2024
Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropa Parlamenti seçkiləri zamanı çoxlu xarici müdaxilələr gördüklərini, lakin onları aradan qaldırdıqlarını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Von der Leyen bu barədə Xristian Demokrat İttifaqının (CDU) qərargahında keçirilən toplantıda çıxış edərkən deyib.
Səlahiyyətlilərin seçkilər zamanı xarici aktorların müdaxiləsi ilə uğurla mübarizə apardığını, lakin bunun davamlı bir mübarizə olduğunu bildirən Von der Leyen, "Biz bu müdaxiləni aradan qaldırmaqda və təkzib etməkdə müvəffəqiyyətli olduq, lakin əlbəttə ki, hamısını görmədik" deyə bildirib.
Almaniyada xristian demokratları bir araya gətirən Von der Leyenin Avropa Xalq Partiyası (EPP) seçkilərdə birinci olub.
Dünən axşam verdiyi açıqlamada EPP lideri Von der Leyen Avropa seçicilərinə göstərdikləri etimada görə təşəkkür edib və bildirib ki, doğrudur, ifrat sağçı və solçu partiyalar güc qazanıb, lakin mərkəz partiyaları lider mövqelərini qoruyub saxlayırlar.
Von der Leyen əlavə edib ki, parlamentdə Avropa Xalq Partiyasının daxil olmadığı çoxluq təşkil etmək mümkün deyil.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin