Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
19:00 - 10 İyun 2024
ABŞ İkinci Dünya Müharibəsi veteranı 100 yaşlı Harold Terens və 96 yaşlı amerikalı Jeanne Sverlin Normandiya desantının 80-ci ildönümündə Normandiyada toy ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2021-ci ildə tanış olan cütlüyün nikahı simvolik olaraq təntənəli sürətdə qeyd olunub.
ABŞ-da rəsmi şəkildə evlənən Sverlin, “Sevgi təkcə gənclər üçün deyil, bilirsinizmi? Kəpənəklər uçur. Bir az da adrinalin yaşayırıq. Doğru kişini tapmaq üçün 96 il gözlədim və indi kraliçaların və kralların edəcəyi bir toyum oldu. Özümü yenidən gənc hiss edirəm. Bu gün həyatımın ən yaxşı vaxtını yaşayıram” deyib.
Yeni evlənən cütlük toylarından sonra Parisdəki Yelisey sarayında ABŞ prezidenti Co Baydenin şərəfinə Fransa prezidenti Emmanuel Makron tərəfindən verilən şam yeməyində qonaq olublar.
Terensin 70 il evli olduğu birinci həyat yoldaşından üç övladı, səkkiz nəvəsi və 10 nəvəsi olub.
Sverlinin üç ittifaqdan üç övladı, yeddi nəvəsi və yeddi nəticəsi var.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin