Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
14:07 - 10 İyun 2024
“Avropa Parlamentinə (AP) seçkilərin nəticələri göstərir ki, çoxluq avropapərəst və Ukraynayönlü olacaq”
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Jurnalistlərlə keçirdiyi mətbuat konfransında AP seçkilərinin nəticələri ilə bağlı dəyərləndirmələr aparan Peskov Rusiyanın AP-də qüvvələr balansını yaxından izlədiyini və sağçı partiyaların populyarlığının artması dinamikasının müşahidə edildiyini qeyd edib.
Peskov, Avropayönlü partiyaların güclərini qoruyub saxlasa da, sağ partiyaların zamanla onlara yetişə biləcəyini bildirib:
“Görünür, çoxluq həqiqətən də avropapərəst və Ukraynayönlü olacaq. Lakin AP-nin gələcək strukturunu da təhlil etmək lazımdır”.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin