Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
20:41 - 10 İyun 2024
Xəbər verdiyimiz kimi, “Qarabağ” yeni qapıçı ilə anlaşıb. Belə ki, Ağdam təmsilçisi heyətini Fabiyan Buntiçlə gücləndirib.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı klub açıqlama yayıb.
“Klubumuzla Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transferimiz 2027-ci ilin yayına qədər komandamızda çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib”, - açıqlamada bildirilir.
Qeyd edək ki, klubumuzun yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin