Nazir onları vəzifəyə təyin etdi - FOTO
30 Oktyabr 2024
20:25 - 10 İyun 2024
Malavi vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə radarlardan itib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Aparatının məlumatında deyilir.
Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarə paytaxt Lilonqveni tərk etdikdən sonra radarlardan itib.
Açıqlamada bildirilir ki, təyyarə Mzuzu Beynəlxalq Hava Limanına planlı eniş edə bilməyib. Aviasiya orqanlarının təyyarə radarlardan itdikdən sonra onunla əlaqə yaratmaq cəhdləri indiyədək uğursuz olub.
Malavi Prezidenti Lazarus Çakvera Baham adalarına planlaşdırılan uçuşunu ləğv edib və bütün regional və milli qurumlara təyyarənin yerini tapmaq üçün təcili axtarış-xilasetmə əməliyyatı keçirməyi əmr edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin