Ana 9 yaşlı oğlunu öldürməyə çalışdı - Dəhşət

17:35 - 10 İyun 2024

Ana 9 yaşlı oğlunu öldürməyə çalışdı - Dəhşət

Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada 41 yaşlı ana 9 yaşlı oğlunu boğaraq öldürməyə cəhd edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünən Mərmərə Bölgəsində baş verən hadisədə N.Y adlı qadın saat 15:00 radələrində 9 yaşlı oğlunu xalat kəməri ilə boğaraq öldürməyə cəhd edib. 

Bu vaxt uşağın qışqıraraq kömək istəməsini eşidən qonşular polisə xəbər verib. 

Polisə verdiyi ifadəsində şübhəlinin həyat yoldaşı və uşağı ilə Girnedə otelə getdiyini, həmin vaxt oğlunu öldürməyi planlaşdırdığını, buna görə də özü ilə geyindiyi hamam xalatının kəmərini götürdüyü bildirilib. 
Hadisə yerinə gələn polis qrupu ananı saxlayarkən, uşaq xəstəxanaya yerləşdirilib. 

Polis bildirib ki, şübhəli şəxs ifadəsində oğlunu psixoloji cəhətdən narahat olduğu üçün öldürməyə cəhd etdiyini bildirib.
Şübhəlinin Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında həkim tərəfindən müayinə olunacağı açıqlanarkən, polisin ananın 3 sutka həbs olunmasını tələb etdiyi, bu müddət ərzində ailəsi və qonşularının ifadələrinin alınacağı bildirilib.
Məhkəmə şübhəli barəsində tələb edilən 3 sutkalıq həbs qərarını təsdiqləyib.

 

Fidan Əliyeva

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin