Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
17:21 - 10 İyun 2024
Mədəniyyət xalqlar arasında etibarlı körpü hesab edilir. Qədim adət-ənənələr, tarixi-mədəni irs və incəsənətin müxtəlif sahələri həmişə insanların maraq dairəsində olub.
Manset.az xəbər verir ki, Azərbaycan ilə özbək xalqları arasında əlaqələrin qədim və zəngin tarixi var. Ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. Bu gün iki ölkə arasında siyasi münasibətlər dövlət başçılarımızın müdrik siyasəti və şəxsi dostluqları sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Ali səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq layihələrdə iştirak, bədii kollektivlərin qastrolları dərin mədəni əməkdaşlığın göstəricisidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında yeni səhifədir.
Zəngin proqramı olan tədbir Azərbaycan mədəniyyət və incəsənətinin qardaş ölkədə növbəti təntənəsi olacaq.
Bu münasibətlə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazarlar, media nümayəndələri Daşkəndə səfər ediblər. Mədəniyyət günlərinin proqramına uyğun olaraq, iyunun 11-də saat 10:30-da Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçiriləcək.
Həmin gün saat 16:00-da Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olacaq. Saat 18:30-da "Özbəkistan" Forumlar Sarayında Azərbaycan şirniyyatlarının təqdimatı, saat 19:00-da isə həmin məkanda Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçiriləcək.Mədəniyyət günləri 12 iyun tarixində də maraqlı tədbirlərlə yadda qalacaq. Saat 12:00-da Özbəkistan Təsviri İncəsənət Qalereyasında "Sənət incilərində yaşayan Azərbaycan milli irsi" adlı sərgi təşkil olunacaq.
Saat 15:00-da Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Azərbaycan Dövlət Yuğ Teatrının "Mənəm, mən" tamaşası nümayiş etdiriləcək.
Həmin gün özbək sənətsevərlər dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının tamaşasını izləyəcəklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu dünyaşöhrətli əsəri saat 19:00-da Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edəcək.
İyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin "Qılınc və qələm" kitabının təqdimatı keçiriləcək.
Azərbaycan Mədəniyyəti Günlərinin tədbir və təqdimatları ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş özbək xalqının yaddaşında bu dəfə də silinməz iz qoyacaq.
Qeyd edək ki, ölkəmizin Özbəkistanda mədəniyyət günləri sonuncu dəfə 2022-ci ildə gerçəkləşib. Dost ölkə isə 2023-cü ildə Bakıda mədəni-mənəvi zənginliklərini nümayiş etdirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin