Ay Yerdən uzaqlaşır

16:45 - 10 İyun 2024

Ay Yerdən uzaqlaşır

Çoxumuz Yerin yeganə təbii peykinin, yəni Ayın müəyyən bir məsafədə qaldığını düşünür, lakin elmi kəşflər Yer və Ay arasındakı əlaqənin getdikcə zəiflədiyini aşkarlayıb.

Manset.az xarici mənbələrə əsasən xəbər verir ki, Ayın Yerdən məsafəsi zaman keçdikcə dəyişir və onun planetimizlə əlaqəsinə təsir edir.

Alimlərin fikrincə, təxminən 1,4 milyard il əvvəl Yerin bir tam fırlanması təxminən 18 saat çəkib.

Bu o deməkdir ki, o zaman Ayın Yerə olan məsafəsi daha yaxın idi və buna görə də Ayın cazibə qüvvəsi Yerin fırlanma sürətini artırmışdı.

Bu səbəblə günlər qısaldı və Yer daha sürətli fırlanırdı.

Viskonsin-Madison Universitetinin həmmüəllifi Stiven Meyers:

- "Ay geri çəkildikcə, Yer əllərini uzadarkən yavaşlayan fiqurlu konkisürən kimi fırlanır"- deyə vurğulayıb.

Qeyd edək ki, 2022-ci ildə Professor Meyersin rəhbərlik etdiyi Viskonsin-Madison Universitetinin tədqiqat qrupu Yerin keçmişinə qayıtmağı və Günəş sisteminin əvvəllər necə göründüyünü yenidən qurmağı hədəfləmişdi. 

 

Fidan Əliyeva

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin