İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
16:39 - 10 İyun 2024
Həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) avtomobili yenidən satışa çıxarılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, 2017-ci il istehsalı olan "Niva" markalı avtomobil Hövsan maşın bazarında 17 min manata təklif edilib.
Xatırladaq ki, bir müddət əvvəl bu avtomobil başqa şəxsə satılıb.
Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) 2022-ci il noyabrın 9-da qonşusu İskəndər Mehtiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Dağlı 9 il azadlıqdan məhrum edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin