UEFA Abbasın qolu ilə “Qarabağ”ın seriyasını xatırlatdı

15:38 - 25 Oktyabr 2021

UEFA Abbasın qolu ilə “Qarabağ”ın seriyasını xatırlatdı

Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda qeydə alınan statistik göstəricilər açıqlanıb. 

 

Manset.az xəbər verir ki, UEFA “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun “Kayrat”la ev matçının son dəqiqələrində vurduğu qolu da fərqləndirib.

Yazıya Abbasın qol vurduğu epizodun fotosu verilib. “Qarabağ”ın mövsümdə ardıcıl 16-cı qarşılaşmada məğlub olmadığı və onların 11-də qələbə qazandığı vurğulanıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ” “Kayrat”ı Abbas Hüseynovun 90+1-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az