Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
14:25 - 10 İyun 2024
Rəqabət şurası otel sorğuları ilə bağlı ehtiyat tövsiyələrini yerinə yetirmədiyi müddət üçün Google-u 482 milyon lirə cərimələyib.
Manset.az Rəqabət Qurumunun internet saytındakı açıqlamasına əsasən bildirir ki, Google-un ümumi axtarış xidmətləri bazarında dominant olduğu və şirkətin öz yerli axtarış (Yerli Vahid) və yaşayış qiymətlərinin müqayisəsi (Google Hotel Ads-GHA) xidmətləri təqdim etdiyi vurğulanır. Ümumi axtarış nəticələri səhifəsində nümayiş etdirilməsi baxımından rəqibləri ilə müqayisədə üstünlük təmin etdiyi xatırladılıb.
Açıqlamada qeyd olunub ki, Google öz rəqiblərinin yerli bölməyə daxil olmasına mane olmaqla onların fəaliyyətini çətinləşdirir və yerli axtarış xidmətləri və yaşayış qiymətlərinin müqayisəsi xidmətləri bazarlarında rəqabətin pisləşməsinə səbəb olur. Buna görə də 84 min 899 lirə cərimə təyin edilib.
-"Bununla əlaqədar İdarə Heyəti, mayın 21-dən etibarən gündəlik inzibati cərimənin dayandırılması və otel sorğuları baxımından yerli axtarış xidmətləri üçün yeni dizaynların tətbiq edilməməsi üçün sanksiya olaraq Google-a 482 milyon lirə cərimə tətbiq edilməsinə qərar verildi",- deyə bildirib.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin