Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
12:10 - 10 İyun 2024
Roma Papası Fransisk beynəlxalq ictimaiyyəti müharibədən əziyyət çəkən Qəzza xalqına yardım üçün təcili tədbirlər görməyə çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Papa bunu Vatikandakı Müqəddəs Pyotr Meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar duasını etdikdən sonrakı çıxışında deyib.
Papa, İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin çağırışı ilə iyunun 11-də İordaniyada Qəzzaya dəstək üçün fövqəladə beynəlxalq konfrans keçiriləcəyini xatırladıb:
"Biz bu mühüm təşəbbüsə görə minnətdarlıq edərkən, beynəlxalq ictimaiyyəti müharibədən əziyyət çəkən Qəzza xalqına humanitar yardımın ehtiyacı olanlara çatması üçün hər vasitə ilə təcili tədbirlər görməyə çağırıram. Humanitar yardım ehtiyacı olanlara çatmalıdır və heç kim buna mane ola bilməz”.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin