Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
12:04 - 10 İyun 2024
Avropa İttifaqının əksər üzvlərinin ortaq valyutası olan avro Avropa Parlamentinə seçkilərdən sonra son bir ayda ən aşağı səviyyəyə düşüb.
Manset.az xarici mediaya əsasən xəbər verir ki, Asiyada avro ABŞ dolları qarşısında 0,3 faiz dəyər itirərək 1,0764-ə düşüb. Avropa Parlamentində sağ partiyaların böyük qələbə qazanması və Fransa prezidenti Emmanuel Makronun növbədənkənar seçki qərarını açıqlamasından sonra avronun ucuzlaşdığı müşahidə edilib. Exit-poll nəticələrinə görə, sağçı Marin Le Penin Milli Rallisi Avropa Parlamentində birinci olub və Makron riskli qərar qəbul edərək parlamenti buraxıb. İngiltərə mətbuatına açıqlama verən Almaniyada yerləşən investisiya bankı Berenberg-in baş iqtisadçısı Holger Schmieding, Makronun seçkidə məğlub olacağı təqdirdə, artıq milli siyasətlərdə söz sahibi olmaq hüququna malik olmayacağını və bunun bazarlar üçün pis xəbər olduğunu bildirib.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin