Konqoda dinc əhaliyə hücum edərək evləri yandırdılar: 50 nəfər öldü

11:47 - 10 İyun 2024

Konqoda dinc əhaliyə hücum edərək evləri yandırdılar: 50 nəfər öldü

Konqo Demokratik Respublikasının şərqində üsyançı qrupun mülki şəxslərə qarşı hücumu nəticəsində azı 50 mülki şəxs həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumdan sonra təhlükəsizlik qüvvələri bölgədə əməliyyata başlayıb.

1990-cı illərin sonundan Uqanda və Konqo Demokratik Respublikasında fəaliyyətə başlayan ADF Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Qurtuluş Ordusu və Təbliğ Camaatı kimi hərəkatların keçmiş üzvlərinin bir araya gəlməsi ilə yaradılıb.

2014-cü ildən bəri ADF-nin hücumları nəticəsində minlərlə dinc sakinin öldüyü, yüz minlərlə insanın isə didərgin düşdüyü bildirilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin