Seçkiyə günlər qalmış Madurodan sui-qəsd iddiası - Planın arxasındakı 3 adı açıqladı

11:36 - 10 İyun 2024

Seçkiyə günlər qalmış Madurodan sui-qəsd iddiası - Planın arxasındakı 3 adı açıqladı

Venesuela prezidenti Nikolas Maduro müxalifətin prezident seçkiləri kampaniyası zamanı ona qarşı sui-qəsd planları hazırladığını iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Maduro planın arxasında müxalifət liderləri Leopoldo Lopez, Antonio Ledezma və Julio Borges olduğunu ifadə edib.

Maduro təhlükəsizlik səbəbindən kampaniya tədbirlərinin tarixini və saatını gizli saxlamalı olduğunu bildirib.

Tərəfdarları ilə bir araya gələn Maduro, “Bir qrup sui-qəsdçiləri, ifrat sağcıdılar... Onsuz da Venesuelada bir qrup sui-qəsdçiləri var, məni axtarırlar və bizə zərər vermək istəyirlər. Getdiyim və ziyarət etdiyim hər yer sürpriz olmalıdır, təhlükəsizlik qüvvələri həmişə olduğu kimi öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirir. Mən Allahın əlindəyəm, yer üzündəki vəzifələrimi yerinə yetirmək üçün hədəflərimə doğru gedirəm” deyib.

Qeyd edək ki, Maduro hökumətinə qarşı sui-qəsddə ittiham olunan və onlara qarşı həbs qərarı olan müxalifətin tanınmış liderləri hazırda xaricdə yaşayırlar. Venesuelada insanlar iyulun 28-də keçiriləcək prezident seçkiləri üçün səsverməyə gedəcək.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin