Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
11:19 - 10 İyun 2024
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir rusiyalı həmkarı Sergey Lavrov və Rusiya rəsmiləri ilə görüşəcək, sabah keçiriləcək BRİKS+ Sessiyasında iştirak edəcək. Görüşlərdə Qəzzadakı son hadisələr, Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz başda olmaqla regional və beynəlxalq problemlər müzakirə olunacaq.
O, Türkiyənin bölgəsində davam edən müharibənin ən qısa zamanda sülh yolu ilə sona çatacağına dair gözləntilərini və Türkiyənin bu istiqamətdə hər cür dəstəyi verməyə hazır olduğu mesajını təkrarlayacaq.
Danışıqlarda iqtisadi və ticari əməkdaşlıq mühüm yer tutacaq.
Tərəflər Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin qarşıya qoyduğu 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün ortaq iş yolu ilə qarşılıqlı investisiyaları artırmaq səylərini davam etdirəcəklər.
İki ölkə arasında turizm türk və rus xalqları arasında qarşılıqlı əlaqənin ən mühüm kanallarından biri kimi tanınır. Türkiyəyə gələn rus turistlərin sayı 2023-cü ildə yüzdə 20 artaraq 6 milyon 313 min 675-ə çatıb.
Fidanın səfər zamanı Rusiyada bizneslə məşğul olan türk iş adamları ilə görüşü gözlənilir.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin