Türk dünyasının səsi - Çingiz Aytmatov

10:32 - 10 İyun 2024

Türk dünyasının səsi - Çingiz Aytmatov

O, yazdığı əsərlərlə türk dünyasının səsinə çevrildi. “Dünyanın ən gözəl sevgi hekayəsi” Cəmilədə: 

 -“İnsan hər şeyi izah edə bilməz, onsuz da sözlər də hər şeyi izah etməyə yetməz"- deyən Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun vəfatının 16-cı ildönümüdür.

 

Onun ən böyük idealı “Ortaq Türk Dili” yaratmaq idi...

Fransız yazıçı/şair Lui Araqonun "dünyanın ən gözəl sevgi hekayəsi" adlandırdığı "Cəmilə" əsərini qələmə alan, romanları ilə qırğız xalqının səsini türk dünyasında eşitdirən Çingiz Aytmatovun vəfatının 16-cı ildönümüdür. 

Onun əsərlərinin əsasını qırğız xalqının şifahi mədəniyyəti, adət-ənənələri, nağılları, dastanları və xalq mahnıları təşkil edir.

İkinci Dünya Müharibəsinin ən ağır ili olan 1942-ci ildə məktəbi yarımçıq qoyub, yaşı az olmasına baxmayaraq, kənd sovetinin katibi olub. Dövlət qulluqçusu, rus dili müəllimi işləyib. Cəbhə arxasında övladını/həyat yoldaşını itirmiş ac, yazıq və çarəsiz insanların üzündə əks olunan ağrıları müşahidə edərək böyüyən Aytmatov bu müşahidələrin yaddaşına təsirini demək olar ki, bütün əsərlərində qeydə almışdır. 

1969-cu ildə Asiya-Afrika Xalqlarının Mədəni Həmrəyliyi Təşkilatının vitse-prezidenti seçilib.

1978-ci ildə Ali Sovetin Rəyasət Heyətinin qərarı ilə “Sosialist İşçi Qəhrəman”-ı adına layiq görülüb.

Avropa Elmlər, İncəsənət və Ədəbiyyat Akademiyasının və Qırğızıstan Elmlər Akademiyasının üzvü olmaqla yanaşı, İssık-Kul Forumunun sədrliyi kimi bir çox yüksək səviyyəli üzvlüklər keçirmiş və mükafatlar almışdır.

Aytmatov 1980-ci ildə qələmə aldığı “Əsrə bərabər bir gün” romanında mənsub olduğu xalqlara öz tarixindən incimiş, keçmişini unudan, öz tarixinə yad olan xalqları xəbərdar etmək üçün “manqurt” anlayışından istifadə etmişdir. 

“Aytmatov və teatr” festivalında azərbaycanlı aktyorlar ötən il Bişkekdə “Manqurt” tamaşasını səhnələşdiriblər.

 

Fidan Əliyeva

 

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin