Xaçmazda nişanlı gəncin evdə meyiti tapıldı

09:25 - 9 İyun 2024

Xaçmazda nişanlı gəncin evdə meyiti tapıldı

Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, meyitin həmin evdə yaşayan 1997-ci il təvəllüdlü Əkbərov Taleh Fikrət oğluna məxsus olduğu məlum olub.

Onun cəsədi meyvə ağacından asılmış formada aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin